SON XƏBƏRLƏR

İranın Ankaradakı Səfirliyinə molotof atıldı

2021.10.20, 07:36
İranın Ankaradakı Səfirliyinə molotof atıldı

Gunaz.tv

İranın Ankaradakı  Səfirliyinə molotof atıldıGünazTV: İranın Ankara Səfirliyinə bu səhər üç molotofkokteyli atıldı. 60 yaşlarındakı saldıran şəxs nəzarətə alındı.

İranın Ankara Səfirliyi binasının önünə səhər saatlarında gələn 60 yaşlarında bir adam, elçiliyə hücumda etdi.

Şübhəli, çantasından çıxardığı üç molotofkokteylini elçiliyə tərəf atdı.

Şübhəli, elçiliyin qarşısında olan bir bank şöbəsinin təhlükəsizlik işçisi tərəfindən təsirsiz hala gətirildi. Şübhəli, daha sonra polisə təslim edildi.

Adı və milliyyəti açıqlanmayan saldırqan, Terrorla Mübarizə Şöbəsində sorğuya alındı.Hadisədə yaralanan olmadı. İstintaq davam edir.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar