SON XƏBƏRLƏR

10 yaşlı soydaşımız Hollivud filmində

2021.10.20, 07:36
10 yaşlı soydaşımız Hollivud filmində

Gunaz.tv

GünAz TV: Londonda yaşayan xərçəng xəstəsi Samir Səmədov ssenarisini yazdığı "Şah və mat"da baş rola çəkilib.

Beynində bədxassəli şiş olan Azərbaycan əsilli 10 yaşlı Samir Səmədov qısa metrajlı “Şah və mat” adlı Hollivud filmində baş rolda oynayıb. Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, Samir Səmədov 2010-cu ildə Böyük Britaniyada keçirilən şahmat çempionatında (qəhrəmani) ikinci yeri tutduqdan sonra özü müstəqil şəkildə “Şah və mat” qısa metrajlı döyüş filminin ssenarisini yazıb.

Filmdə söhbət 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarını mane olmaq istəyən cinayətkardan və bu faciənin qarşısını alan “Agent-27”-dən gedir. Hadisələr London küçələrində cərəyan edir. “Agent-27” rolunu Samir özü oynayacaq. Samirə bu arzusunun yerinə yetməsində “Make-A-Wish Foundation” (MWF) xeyriyyə təşkilatının peşəkar çəkiliş qrupu kömək edib. Çəkilişlər Londonda aparılıb və martın (March) 22-də “Richmond Odeon” teatrında kinolentin (nəvar) təqdimatı təşkil edilib.

Samirin 39 yaşlı atası Elçin Səmədov deyib ki, oğlunu böyük ekranda görəndə inanmayıb: “Samir Ceyms Bonda oxşayırdı”.

Qeyd edək ki, 2011-ci ilin iyununda (June) Samir Səmədova beyin xərçəngi diaqnozu qoyulub. Həmin ilin oktyabrında (October) o, “Great Ormond Street” Xəstəxanasında cərrahi əməliyyat edilib. Lakin onun həyatı təhlükə altında qalmaqda davam edir. Samir Səmədovun müalicəsi Riçmond Xəstəxanasında davam edir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar