SON XƏBƏRLƏR

Azərbaycanın Tehrandakı səfirliyində Novruz bayramı qeyd olunub

2021.10.20, 07:36
Azərbaycanın Tehrandakı səfirliyində Novruz bayramı qeyd olunub

Gunaz.tv

GünAz TV: Azərbaycanın İrandakı səfirliyində MDB (Müstəqil Dövlətlər Birliyi), Avropa və Asiya ölkələrinin İranda fəaliyyət göstərən səfirlərinin iştirakı ilə Novruz bayramı tədbiri keçirilib.

Səfirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, səfir Cavanşir Axundov Novruz bayramı, Novruz bayramının adət-ənənələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə iştirak edən Türkiyə, Türkmənistan, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Belarus, Polşa (Ləhistan), Slovakiya, Çexiya (Çek cümhuriyyəti), Xorvatiya (Korovasi), Serbiya və s. ölkələrin səfirləri Azərbaycan xalqını bu əziz bayram münasibətilə təbrik edib və xalqımıza ən xoş arzularını çatdırıblar.

Sonda tədbir iştirakçılarının şərəfinə ziyafət verilib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar