SON XƏBƏRLƏR

İRNA agentliyi Novruz Bayramı ilə bağlı TRT-yə etiraz edib

2021.10.20, 07:36
İRNA agentliyi Novruz Bayramı ilə bağlı TRT-yə etiraz edib

Gunaz.tv

GünAz TV: İranın rəsmi İRNA informasiya agentliyi TRT telekanalında yayımlanmış bir proqramla əlaqədar Türkiyəni Novruz bayramını ələ keçirməkdə günahlandırıb.

İRNA-da yayılan xəbərdə Novruzun İrana məxsus bir bayram olduğu qeyd edilib və TRT-də bu bayramla bağlı yayımlanmış proqrama etiraz bildirilib. Bu barədə APA Türkiyə mətbuatına istinadən xəbər yayıb.

İRNA-nın xəbərində Novruz “köklərinin İrana aid olduğu kimsədə şübhə yaratmayan bir bayram” kimi təqdim edilib. Həmçinin, bu bayramın Türkiyənin dövlət televiziyasında “Türk dünyasının böyük bayramı” kimi təqdim olunması tənqid olunub.

Xəbərdə Azərbaycanın Ankaradakı səfirliyində Novruz bayramı münasibətilə tədbir keçirildiyi də qeyd olunub. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar