SON XƏBƏRLƏR

Minsk qrupunun xarici işlər nazirləri birgə bəyanatla çıxış ediblər

2021.10.20, 07:36
Minsk qrupunun xarici işlər nazirləri birgə bəyanatla çıxış ediblər

Gunaz.tv

GünAz TV: ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri birgə bəyanatla çıxış edib.

Hillari Klinton, Sergey Lavrov və Alen Jüpenin imzaladığı bəyanatda bildirilir ki, yalnız danışıqlar yolu ilə nizamlanma prosesi (sürəc) sülhə və sabitliyə gətirə bilər. Münaqişənin həlli üçün istənilən güc tətbiqi cəhdi bölgədə böyük faciələrə səbəb olar. «Müharibənin nəticələrindən daha çox böıgə xalqları əziyyət çəkib, nizamlanmanın ləngiməsi onların çətinliklərini daha da artırır. Regionun (bölgə) böyüyən yeni nəsli azərbaycanlılarla ermənilərin əvvəllər necə bir yerdə yaşadığını görməyib, bu isə süni ayrılmanı və müharibənin yaralarını daha da dərinləşdirir. Bu səbəbdən biz liderləri öz ölkələrinin əhalisini müharibəyə deyil, sülhə hazırlamağa çağırırıq». Bəyanatda belə deyilir. Həmsədr ölkələrin prezidentlərinin 2009-cu ildə Akvildə, 2010-cu ildə Muskokda və 2011-ci ildə Dovildə verdiyi birgə bəyanatları xatırladan nazirlər sülhə nail olmaq istiqamətində tərəqqi əldə edildiyini vurğulayıblar. «Biz ölkə liderlərini çərçivə sazişi üzərində işi mümkün qədər tez başa çatdırmağa, bunun ardınca isə Helsinki yekun (nəhayi) aktında nəzərdə tutulan güc tətbiq etməmək, ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və xalqların bərabərliyi prinsipləri (əsl, ilkə), BMT (Birləşmiş Millətlər Təşkilatı) nizamnaməsi, habelə regionun hazırkı «status-kvo»dan (hazırkı vəziyyət) daha təhlükəsiz və çiçəklənən gələcəyə çıxmasına imkan verən beynəlxalq hüququn norma və prinsipləri əsasında yekun həll qərarı verməyə çağırırıq», - Həmsədr ölkələrin xarici işlər nazirlərinin birgə bəyanatında belə deyilir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar