SON XƏBƏRLƏR

İran məsələsi BMT-də müzakirə olunub

2021.10.20, 07:36
İran məsələsi BMT-də müzakirə olunub

Gunaz.tv

GünAz TV: Ötən gün Nyu Yorkda BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasında Suriya ilə yanaşı, İran məsələsi də müzakirə olunub.

İranın nüvə proqramına dair müzakirələr Kolumbiyanın BMT-dəki daimi nümayəndəsi Nestor Osorionun İrana qarşı sanksiyalara (təhrim) dair hesabatları ətrafında aparılıb.

ABŞ-ın (Amerika Birləşmiş Ştatları) BMT-dəki daimi nümayəndəsi Rozmari di Karlo bildirib ki, İranın qeyri-qanuni nüvə fəaliyyəti beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdiddir. "İran öz nüvə proqramı məsələsində dünya ictimaiyyətinin şübhələrini aradan qaldırmaq üçün ciddi bir irəliləyiş etmir və bu vəziyyətdə onsuz da gərgin olan bölgədə qeyri-sabitliyə səbəb olacaq" - ABŞ-ın BMT-dəki daimi nümayəndəsi belə deyib.

Rozmari di Karlo həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin xoş niyyətlərinə baxmayaraq, İranın əməkdaşlıq etmək əvəzinə, qəsdən gecikdirmə taktikasına üz tutduğunu bildirib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar