SON XƏBƏRLƏR

Fransa Minsk qrupu həmsədrliyindən çıxarıla bilər

2021.10.20, 07:36
Fransa Minsk qrupu həmsədrliyindən çıxarıla bilər

Gunaz.tv

GünAz TV: Avropa Parlamenti ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk Qrupunun həmsədrliyində Fransanın əvəzlənməsini istəyir.Martın (March) 22-də Avropa Parlamentinin Xarici əlaqələr komissiyası Ermənistanla bağlı sənəd qəbul edib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, sənəddə bir sıra təkliflər yer alıb. Bu təkliflərdən biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın mandatının əvəzlənməsi ilə əlaqədardır. Qeyd edək ki, Xarici əlaqələr komissiyasında qəbul edilən sənəd Avropa Parlamentinin ümumi iclasında səsverməyə çıxarılmalıdır. Sənədin bir ay sonra Avropa Parlamentində səsverməyə çıxarılması gözlənilir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar