SON XƏBƏRLƏR

“İran Naxçıvana yaxın yerlərə qoşun yığıb, döyüşməyə hazırıq” –Siyavuş Novruzov

2023.04.04, 12:49
“İran Naxçıvana yaxın yerlərə qoşun yığıb, döyüşməyə hazırıq” –Siyavuş Novruzov

Gunaz.tv

O bildirib ki, deputat Fazil Mustafaya qarşı edilən terror aktını Azərbaycana qarşı törədilən terror kimi qiymətləndirir: “Bu məsələ ilə bağlı öz mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq. Həmin şəxslər bu terror faktı ilə bağlı gözümüzü qorxutmaq istəsələr də, səhv edirlər. 

Bizim üzərimizə sovet qoşunları gəlib, 5 dəfə hakimiyyət çevrilişi etmək istəyiblər. Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətlə Azərbaycan xalqı rahat nəfəs alır. Heç də sevinməsinlər ki, bu kimi hərəkətlərlə nəyəsə nail ola biləcəklər. Biz öz əqidəmizlə Prezidentin müsəlləh əsgərləriyik”.

S.Novruzov qeyd edib ki, İranla sərhəddə İrana qarşı da vuruşa bilərik: “İran dövləti Naxçıvan ərazisinə yaxın yerlərə qoşun yığıb, orada döyüşməyə də hazırıq. Qoy bilsinlər ki, Azərbaycan 90-cı ilin Azərbaycanı deyil. 

Bu gün Azərbaycan güclü dövlətdir. Həmçinin, güclü rəhbəri və komandası var. İranın əl altılarına da xəbərdarlıq edirəm ki, özlərini yığışdırsınlar. Qulaqlarını da açıb eşitsinlər ki,  bizim də kifayət qədər gücümüz və qüvvətimiz var”.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar