SON XƏBƏRLƏR

Martın 21-də Türkiyədə PKK terrorçularına qarşı başlayan əməliyyat davam edir.

2021.10.20, 07:36
Martın 21-də Türkiyədə PKK terrorçularına qarşı başlayan əməliyyat davam edir.

Gunaz.tv

Martın 21-də Türkiyədə PKK terrorçularına qarşı başlayan əməliyyat davam edir.

 GünazTV: “Hürriyet” qəzetinə istinadən alınan məlumata görə, Şırnakın Cudi dağında terrorçu qrupla döyüş zamanı bu gecə 1 xüsusi təyinatlı polis də həyatını itirib.

 Bununla da Cudi dağındakı döyüşlər zamanı şəhid olan polis əməkdaşlarının sayı 6 nəfərə çatıb. 10 əsgər və polis əməkdaşı isə yaralanıb. Döyüş vertolyotlarının da iştirak etdiyi döyüşdə 7 terrorçu öldürülüb.

Bölgədə döyüşlər davam edir. Daxili işlər naziri İdris Naim Şahin, Jandarma baş komandanı Bekir Kalyoncu bu gün təyyarə ilə Diyarbəkirə gəliblər. Cudi dağında aparılan əməliyyatla bağlı məlumat alan daxili işlər naziri daha sonra 6 şəhid polis üçün təşkil ediləcək mərasimə qatılmaq üçün Şırnaka yollanıb.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar