SON XƏBƏRLƏR

ABŞ Yaxın Şərqə atom sualtı qayığı yollayıb

2023.04.09, 08:33
ABŞ Yaxın Şərqə atom sualtı qayığı yollayıb

Gunaz.tv

Bu barədə aprelin 8-də “New York Post” məlumat yayıb.

ABŞ Hərbi Dəniz Qüvvələri 154-ə qədər “Tomahavk” raketi daşıya bilən sualtı qayığı Yaxın Şərqə göndərib.

Yaxın Şərq regionuna göndərilən sualtı qayıq Corciya ştatında dislokasiya olmuşdu. Aprelin 7-də o, Süveyş kanalını keçib. 

ABŞ-ın Beşinci Donanmasının məlumatına görə, sualtı qayıq ABŞ-İran münasibətlərinin pisləşməsi fonunda regionda təhlükəsizliyi təmin etmək üçün ora yerləşdirilir. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar