SON XƏBƏRLƏR

Cənubi Koreya Raketlərin Mənzilini Artırır

2021.10.20, 07:36
Cənubi Koreya Raketlərin Mənzilini Artırır

Gunaz.tv

Cənubi Koreya Raketlərin Mənzilini Artırır

GünazTV:Cənubi Koreya balistik Raketlərinin mənzilini artıracaq.Cənubi Koreya və ABŞın, Şimali Koreya təhdidinə qarşı, Cənubi Koreyanın əlində olan balistik Raketlərin mənzilinin artırılmasına imkan verəcək bir razılaşma təmin etmək üzrə olduqları bildirildi.

Cənubi Koreya Dövlət Başçısı Lee Myung-bak, iki ölkənin, Cənubi Koreyanın balistik Raketlərinin  mənzilini 300 kilometrlə məhdudlaşdıran 2001 tarixli razılaşmağı yenidən nəzərdən keçirmələrinin gözlənildiyini ifadə etdi.

Seula görə, Şimali Koreya Raketlərin , iki Koreya arasındakı sərhədin cənubunda 400 kilometrlik bir mənzildəki hədəfləri vura bilir.Dövlət Başçısı Lee, 300 kilometr mənzilə sahib Raketlərin  yalnız Şimal cəbhə bölgələrinə çata biləcəyini, bu vəziyyətin də öz hücum tutumlarının limitlərini göstərdiyini ifadə etdi.

Lee, Cənubi Koreyanın bu fikirini ABŞın da kifayət qədər haqlı hesab etdiyini və yaxın zamanda bir razılaşmanın təmin ediləcəyini ümid etdiyini qeyd etdi.

Cənubi Koreyada 28 min 500 əsgəri olan ABŞ, bir döyüş vəziyyətində nüvə bir "çətir" zəmanəti verir, Cənubi Koreyada buna qarşılıq balistik mərmilərinin tutumunu məhdudlaşdırmağı qəbul edir.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar