SON XƏBƏRLƏR

Əsəd Birlikləri Hama Şəhərini Bombalayır

2021.10.20, 07:36
Əsəd Birlikləri Hama Şəhərini Bombalayır

Gunaz.tv

Əsəd Birlikləri Hama Şəhərini Bombalayır

GünazTV: Müxaliflər Bəşşar Əsedə bağlı birliklərin Hama şəhərini bombaladığını bildirdiBombardman nəticəsində bir çox ev yıxıldı, ölü və yaralı sayı mövzusunda isə hələ məlumat yoxdur.

Şəhərdə yaşanan qarşıdurmalarda son iki gündə 13 nəfər həyatını itirmişdi .Beynəlxalq cəmiyyət, tərəflərin qarşıdurmanı dayandırmasını və insani kömək üçün etibarlı keçiş təmin etməsini istəyir.

Birləşmiş Millətlər Ümumi Sekretarı Ban-ki-Moon, Təhlükəsizlik Şurasının Suriyada şiddətin dayanması istiqamətindəki çağırışını vurğuladı.

Ban ki Moon, "Təhlükəsizlik Şurasını hər növ şiddət və insan haqqları pozuntusunun dərhal dayandırılması üçün son dərəcə açıq bir çağırış etdi" dedi.

Daha əvvəlki Suriya qanunları Rusiya və Çinin vetosuna ilişən Təhlükəsizlik Şurasında dünən nəhayət uzlaşı təmin edildi. Şərhdə, Birləşmiş Millətlər və Ərəb Birliyinin Suriya xüsusi nümayəndəsi Kofu Annana tam dəstək verildi.

Annan planı, gündə 2 saatlıq atəşkəs təmin edilməsini və insani kömək işlərinə icazə verilməsini, sonrasında da Birləşmiş Millətlər qarovulunda qarşıdurmaları sona çatmasıyla Əsədin əsgəri birlikləri geri çəkməsini nəzərdə tutur.S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar