SON XƏBƏRLƏR

BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı bəyanat qəbul edib

2021.10.20, 07:36
BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı bəyanat qəbul edib

Gunaz.tv

GünAz TV: Daha əvvəl veto hüququndan istifadə edən Rusiya və Çin də sənədə dəstək nümayiş etdirib.

BMT  (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının üzvləri   nəhayət ki Suriya ilə bağlı   yekdil fikrə   gələ biliblər. Şura üzvlərinin  qəbul etdiyi birgə bəyanat  BMT-nin Suriya  ilə bağlı xüsusi təmsilçisi Kofi Annanın  təklifləri əsasında  hazırlanıb. Sənəddə  Suriyadakı  böhranın  həlli üçün  Kofi Annanın  hazırladığı  6 maddədən  ibarət  planı təcili  həyata  keçirmək üçün hakimiyyət və  müxalifət nümayəndələri könüllü şəkildə onunla işləməyə çağırılır.Təkliflərdən birində münaqişə tərəflərindən bütün növ  silahlı  zorakılığın  dayandırılması, qoşunların iri şəhərlərdən çıxarılması  istənilir. Sənəddə  həmçinin  silahlı qarşıdurmalardan  zərər çəkmiş rayonlara (məntəqə) humanitar (insani) yardımların  çatdırlmasını təmin etmək  və  qanunsuz   həbs edilən  insanların  azad olunması  tələb olunur. Daha əvvəl iki dəfə  sənədə  veto qoyan  Rusiya və Çin də  qərardan  razı qalıb. İclasdan sonra açıqlama verən Rusiyanın qurumdakı daimi nümayəndəsi Vitali  Çurkin  Təhlükəsizlik Şurasının  Suriyada vəziyyətin  nomallaşdırılması  üçün konstruktiv (yararlı) qərar qəbul etməsindən  şad olduqlarını  bildirib. O, bu addımın  böhranın həllinə  və vacib  siyasi  dəyişikliklərə gətirib çıxaracağına  ümüd etdiyini  deyib.

Ölkədə   isə  vəziyyət gərgin olaraq qalır. Suriya insan  haqları  təşkilatlarının məlumatına  görə  təhlükəsizlik qüvvələrinin  müxtəlif şəhərlərdə keçirdiyi  son əməliyyat zamanı  onlarla insan həyatını  itirib. Bildirilir ki, Xomsda aralarında   qadın və uşaqların da olduğu 45, Derada 9, Hamada 11, İdlibdə 4, Dəməşqdə 2 nəfər öldürülüb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar