SON XƏBƏRLƏR

Hörmüz boğazında gərginlik: İran qüvvələri ABŞ sualtı qayığına xəbərdarlıq edib

2023.04.20, 15:28
Hörmüz boğazında gərginlik: İran qüvvələri ABŞ sualtı qayığına xəbərdarlıq edib

Gunaz.tv

APA xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələrinin komandanı Əmir Şahram İraninin sözlərinə görə, Amerika sualtı qayığı İranın ərazi sularına daxil olarkən “Fateh” sualtı qayığının xəbərdarlığından sonra istiqamətini dəyişib.

“ABŞ sualtı qayığı Hörmüz boğazına yaxınlaşarkən İranın ərazi sularına bir qədər yaxın olduğundan yerli sualtı “Fateh” patrulu tərəfindən aşkar edilib və lazımi xəbərdarlıqlar edildikdən sonra suyun səthinə çıxmağa məcbur edilib”, - o vurğulayıb.

Qeyd edək ki, Hörmüz boğazından keçən Amerika sualtı qayığı “Florida” adlı nüvə sualtı qayığı olub.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar