SON XƏBƏRLƏR

Novruz Bayramı Birləşmiş Millətlər Təşkilatında qeyd olunub

2021.10.20, 07:36
Novruz Bayramı Birləşmiş Millətlər Təşkilatında qeyd olunub

Gunaz.tv

GünAz TV: Birləşmiş Millətlər Təşkilatında (BMT) Azərbaycan və bir sıra müsəlman ölkələrinin iştirakı ilə Novruz mərasimi keçirilib.

Novruz mərasimi Azərbaycan, Türkiyə, Əfqanıstan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Özbəkistan və Türkmənistanın BMT-dəki daimi nümayəndəlikləri birgə təşkil ediblər. Bu barədə Türkiyənin “Anadolu” İnformasiya Agentliyi xəbər yayıb.

 

Tədbirdən öncə BMT Baş Məclisinin sədri Nasir Əbdüləziz Əl-Nasirin göndərdiyi təbrik məktubu oxunub.

 

 Daha sonra Novruz Bayramının özəllikərini əks etdirən xüsusi videofilm nümayiş olunub. Mərasimdə çıxış edən qeyd olunan ölkələrin BMT-dəki daimi nümayəndələri Novruz Bayramı ilə bağlı təbriklərini çatdırıblar.

 

 Mərasimin rəsmi hissəsindən sonra bayram ziyafəti verilib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar