SON XƏBƏRLƏR

Ruhullah Becani Azərbaycan prezidentinə kobud məktub yazıb

2021.10.20, 07:36
Ruhullah Becani Azərbaycan prezidentinə kobud məktub yazıb

Gunaz.tv

GünAz TV: Azərbaycan Cümhuriyyətinin əleyhinə radikal çıxışları ilə tanınan Təbrizli axund Ruhullah Becani Azərbaycan prezidenti cənab İlham Əliyevə kobud məktub yazıb.

 

Məktubun mətni olduğu kimi tərcümə edilir:

 

“Cənab İlham

İndi ki, Azərbaycanı vampir sionistlərin tövlə və otlağı edib, cümə namzının 6-cı gün (şənbə günü) qılınmasına əmr verib, Netanyahudan ilham alaraq Qüds Sepahi əleyhinə anti şiə planını icra edib və o diyarın müsəlmanlarının gününü qara edibsən, artıq gözlərivi aç və mənim bu cümlələrimi diqqətlə oxu, qış və heyvani yuxundan oyan.

 

Əgər mavilərin (hemcensbazlar) festival və paradını (rejə) keçirsən, and olsun ALLAHa dövlətimin mövqeyini nəzərə almadan müqəddəs islam şəriətinə uyğun olaraq Konsulluğuvu qapadıb və Azərbaycan İslam Partiyasının Ofisinə çevirəcəm. Bu yolda heç bir prezidenti hətta Əhmədinejadı da dinləməyəcəm. Bu son xəbərdarlıqdır. İsrailin casusluq yuvasi və həmin Konsulluğun ələ keçirilməsi, Azərbaycanda qiyamın qığılcımı olacaq.

 

Ölkəmin rəhbərləri də bu məktubu oxusunlar və bilsinlər ki, mənim kimsə ilə zarafatın yoxdur. And olsun ALLAHa bu yolda qanımın tökülməsinə hazıram və hər bir reaksiyaya (əksüləməl) dözəcəm, ancaq Konsulluğu qapadacam”.

 

Qaynaq:  http://www.ammariyon.ir/fa/news/18963/کنسولگری-ات-را-تعطیل-می-کنیم 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar