SON XƏBƏRLƏR

Amerikanın təyyarə gəmisi körfəzə daxil olub

2021.10.20, 07:36
Amerikanın təyyarə gəmisi körfəzə daxil olub

Gunaz.tv

GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) "Abraam Linkoln" təyyyarə gəmisi döyüş mühafizə gəmilərinin müşayiəti ilə Hörmüz boğazından keçərək sərbəst şəkildə körfəzə daxil olub.

 

GünAz TV mətbuat mərkəzinin “Ans press”-ə istinadən yaydığı məlumata görə,, ABŞ-ın hərbi-dəniz qüvvələrinin mətbuat xidməti bu barədə məlumat verib.

 

 Təyyarə gəmisinin ehtiyat doldurmaq üçün regiondakı (bölgə) limanlardan (bəndər) birinə daxil olacağı gözlənilir. Eyni zamanda NATO-nun Əfqanıstandakı qüvvələrinə aviasiya (həvanəvərdi, havacılıq) dəstəyi göstərən "Karl Vinson" təyyarə gəmisi başda olmaqla, ABŞ hərbi-dəniz qüvvələrinin aviazərbə qrupu Ərəbistan dənizinin şimal hissəsində, İranın cənub-şərq sahilində qalmaqda davam edir. Ötən gün təyyarə gəmisi güclü qum qasırğasından sonra uçuşları dayandıramalı olub.

 

 Hazırda isə Cəbəllütariq boğazına "Enteprayz" təyyarə gəmisi başda olmaqla aviazərbə qrupu yaxınlaşır. Verilən məlumata görə, raket kreyserlər və 3 raket daşıyıcısının daxil olduğu bu gəmi qrupu Aralıq dənizində döyüş növbəsinə gedir, sonra isə İranla mümkün hərbi münaqişə üçün körfəzə istiqamətlənəcək.

 

 "Enteprayz" gəmisinin 7 aydan çox davam edəcək səfərinin çox hissəsini ABŞ-ın Bəhreyndə yerləşən operativ (hızlı) 5-ci hərbi-dəniz donanmasının (navqan) tərkibində Yaxın Şərqdə keçirəcəyi gözlənilir. Onun göyərtəsindəki aviasiya isə 1988-ci ildə İrana zərbələrin endirilməsində artıq iştirak edib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar