SON XƏBƏRLƏR

Moskvada XİN başçılarının üçtərəfli görüşü başlayıb

2023.05.19, 15:01
Moskvada XİN başçılarının üçtərəfli görüşü başlayıb

Gunaz.tv

APA xəbər verir ki, Rusiya XİN-in Qəbullar Evində keçirilən görüşdə Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan iştirak edirlər.

Görüşdə Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası müzakirə olunur.

Danışıqlar masasında həmçinin Güney Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, ictimaiyyət, ekspertlər və parlamentarilər xətti ilə təmasların qurulması daxil olmaqla üçtərəfli razılaşmaların həyata keçirilməsi kimi məsələlər var.

Qeyd edək ki, üçtərəfli görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüşün keçirilməsi də planlaşdırılıb. 

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar