SON XƏBƏRLƏR

Sanksiyalardan Muaf Tutma Qərarı

2021.10.20, 07:36
Sanksiyalardan Muaf Tutma Qərarı

Gunaz.tv

Sanksiyalardan Muaf Tutma Qərarı

GünazTV:ABŞ, İrandan neft idxalatını azaldan ölkələri sanksiya siyahısından çıxaracaq.Amerikan rəhbərliyi, İrandan xam neft alışlarını əhəmiyyətli ölçüdə saldıqları səbəbiylə 10 Avropa Birliyi ölkəsi və Yaponiyanı sanksiyalardan azad tutacağını açıqladı.

Amerikan Xarici işlər Naziri Hillary Clinton, etdiyi yazılı şərhdə, ilk mərhələdə 11 ölkənin İrandan neft alışlarında əhəmiyyətli ölçüdə kəsilməyə getdiyini bildirərək, bu ölkələri Belçika, Çək Respublikasnı, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Yaponiya, Hollandiya, Polşa, İspaniya və İngiltərə olaraq sıraladı.

Digər ölkələri də bu 11 ölkəni nümunə götürməyə çağıran Clinton, güclü bir təzyiq və diplomatiyanın İran mövzusunda nəticə əldə edilməsini təmin edəcəyini müdafiə etdi.

Amerikanın İrana qarşı qüvvəyə qoyduğu son sanksiyalar, İrana ağır sanksiyaların yanında, İran Mərkəz Bankı ya da ''qara siyahıdakı digər İran maliyyə təşkilatlarıyla iş edən xarici mali quruluşlara da sanksiya tətbiq olunmasını nəzərdə tutur.

Ancaq 28 İyunda qüvvəyə girəcək olan qanunda, İrandan neft alışlarını əhəmiyyətli ölçüdə salan ölkələrin sanksiyalardan azad tutulmasını nəzərdə tutan bir tənzimləmə də iştirak edir.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar