SON XƏBƏRLƏR

İraqın 8 Şəhərinə terror Hücumu Olub

2021.10.20, 07:36
İraqın 8 Şəhərinə terror Hücumu Olub

Gunaz.tv

İraqın 8 Şəhərinə terror Hücumu Olub GünazTV: Martın 20-də İraqın 8 şəhərində törədilmiş 12 terror aktı nəticəsində 46 nəfər ölüb, 200-dən çox insan yaralanıb.

Ölənlərin arasında İrandan İraqa gedən ziyarətçilərdə var.

Məlumatlara görə, yaralıların bəzilərinin vəziyyətləri ağır olduğundan ölü sayının artacağı gözlənilir. 

Terror aktları ABŞ ordusunun 9 il əvvəl İraqa müdaxilə etdiyi və Ərəb Liqası Dövlətlərinin sammitindən iki gün əvvəl törədilib. 

Bu dəfə terror Kərkük və Kərbəlada daha çox can alıb. Paytaxt Bağdad da terror aktlarının hədəfi olub. Terror aktlarına görə məsuliyyəti hələlik üzərinə götürən olmayıb. 

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar