SON XƏBƏRLƏR

Ağ Evdən nazirlərin ertələnən görüşü ilə bağlı açıqlama

2023.06.14, 11:36
Ağ Evdən nazirlərin ertələnən görüşü ilə bağlı açıqlama

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu həftə Vaşinqtonda planlaşdırılan danışıqların növbəti raundu qrafiklə bağlı problemlərə görə təxirə salınıb". AzVision.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.

Gunaz.tv

"Təəssüf ki, bu görüş planlaşdırma problemlərinə görə 100%-ə çata bilmədi və biz bunu mümkün qədər tez keçirməyi səbirsizliklə gözləyirik" ,- Miller bildirib.

ABŞ Dövlət Departamentinin nümayəndəsinin qeyd edib ki, Vaşinqton həll edilməmiş məsələlərin həlli üçün birbaşa dialoqun əsas olduğuna inanmaqda davam edir.

"Biz razılığın əldə olunacağına inanırıq", - diplomat deyib.

Bundan əvvəl bildirilmişdi ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında iyunun 12-də Vaşinqtonda keçirilməsi nəzərdə tutulan müzakirələrin növbəti raundu təxirə salınıb.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar