SON XƏBƏRLƏR

AB və İsrail Arsında Gərginlik Böyüyür

2021.10.20, 07:36
AB və İsrail Arsında Gərginlik Böyüyür

Gunaz.tv

AB və İsrail Arsında  Gərginlik Böyüyür

GünazTV: AB Xarici işlər Yüksək Nümayəndəsinin Qəzzə açıqlaması, İsrailin tərəfindən reaksiyaya səbəb oldu.

Avropa Birliyi Xarici işlər Yüksək Nümayəndəsi Catherine Ashtonun Fələstinlə əlaqədar təşkil etdiyi bir konfransda söylədiyi sözlər gərginlik yaratdı.

Ashton, "Fransanın Toulouse şəhərində dünən yaşananları ağılımıza gətirdiyimizdə, Suriyada olanları və Qəzzədə yaşananları gördüyümüzdə həyatını itirən gənclər və uşaqlar ağılımıza gəlir'' ifadəsini istifadə etdi.

Ashtonun bu sözləri Fransız xəbər agentliyi AFP tərəfindən ''Ashton, Toulouse və Qəzzə arasında paralellik qurdu'' başlığıyla xidmət edildi.

İsrail Xarici işlər Naziri Avigdor Lieberman Ashtona reaksiya verdi, "sözlərini geri al" çağırışında oldu.Ashtonun spikeri Michal Mann, Liebermana doğrudan cavab verməkdən qaçındı.Fransız xəbər agentliyi Agence France Pressi isə ''təhrif etmə xəbər xidmət etməklə'' günahlandırdı.

Mann, Ashtonun danışmasında heç bir şəkildə Toulouse hücumu və Qəzzədəki vəziyyət arasında paralellik qurmadığını da müdafiə etdi.

Mətbuat spikeri, Ashtonun danışmasında Toulousedə bir məktəbə edilən hücumu şiddətlə qınadığını və Yəhudi cəmiyyətinin ağrısını paylaşdığını ifadə etdiyini də vurğuladı.S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar