SON XƏBƏRLƏR

Baydenin İran siyasəti sərt tənqid olundu: "Bu, Tehrana güzəştdir"

2023.06.16, 12:40
Baydenin İran siyasəti sərt  tənqid olundu: "Bu, Tehrana güzəştdir"

ABŞ Konqresi Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol Co Bayden iqtidarının İran siyasətinin tənqid edib.

Gunaz.tv

Onun sözlərinə görə, Konqreslə koordinasiya olunmadan İranla danışıqlar aparan Bayden administrasiyası qanuna laqeyd yanaşır. 

“2015-ci ildə İranın nüvə proqramı barədə qərara alınmış İranla Nüvə Sazişinə Baxış Layhihəsinə əsasən Bayden administrasiyası İranla hər hansı anlaşma barədə  Konqresə hesabat verməlidir.

Lakin Tehranın hökumətinin öz əhalisinin etirazlarına vəhşicəsinə basqısı ilə eyni vaxtda dekabr ayından İranla dolayı danışıqlar aparılıb”- Makkol Baydenə məktubunda qeyd edib. 

Onun fikrincə, İranın nüvə proqramının dayandırılması ilə nəticələnməyən və onu ancaq məhdudlaşdıran hər hansı saziş Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsini təhlükəli həddə qədər zəiflətməkdir.

Bayden iqtidarı İranın dağıdıcı fəaliyyətinin qarşısını almaq məqsədi ilə diplomatik təzyiqlərdən və Amerikanın hərbi çəkindirmə imkanlarından istifadə etməlidir.

Lakin qarşıdurmaların azalacağı ilə bağlı boş vədlər verilir ki, bu da Tehrana güzəşt etməkdir"-deyə Makkol bildirib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar