SON XƏBƏRLƏR

Ukrayna NATO standartlarına cavab verməlidir - Bayden

2023.06.17, 22:01
Ukrayna NATO standartlarına cavab verməlidir - Bayden

Ukrayna NATO-ya daxil olmaq üçün bütün standartlara cavab verməlidir.

Gunaz.tv

Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

O qeyd edib ki, Vaşinqton Kiyev üçün bu prosesi asanlaşdırmaq niyyətində deyil.

“Ukrayna eyni standartlara cavab verməlidir. Ona görə də biz bunu asanlaşdırmaq fikrində deyilik”, - Bayden jurnalistlərə bildirib.

Qeyd edək ki, bundan əvvəl CNN-in məlumatına görə, NATO-nun baş katibi Yens Stoltenberq Kiyev üçün NATO Üzvlük Fəaliyyət Planının (MAP) ləğvi təklifi ilə çıxış edib. O, bu həftə Vaşinqtonda Co Baydenlə görüşündə bunu müzakirə edib. 

MAP-ın ləğvi Ukraynanın NATO-ya daxil olmasını asanlaşdıracaq.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar