SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda tarixi əsər qaçaqmalçıları həbs edilib

2023.06.19, 11:25
Qərbi Azərbaycanda tarixi əsər qaçaqmalçıları həbs edilib

Qərbi Azərbaycan əyalətinin Salmas şəhərində tarixi əsər qaçaqmalçıları saxlanılıb.

Gunaz.tv

Bu barədə Salmas şəhərinin polis idarəsinin rəisi polkovnik Ramazan Fəthullahi məlumat verib.

O, qaçaqmalçılardan Parfiya dövrünə aid tarixi əsərlərin götürüldüyünü deyib.

"Onlardan Parfiya dövrünə aid 24 ədəd sikkə, bir kasa və bir tarixi tunc heykəl aşkar edilərək götürülüb. Əsərlərin dəyərləndirilməsi üçün Mədəni İsr Təşkilatına verilib",- polis rəisi bildirib.

Ramazan Fəthullahi deyib ki, tarixi əsərləri ölkədən çıxarmaq istəyən 3 nəfərin saxlanılıb və barələrində cinayət işi açılaraq məhkəmə orqanlarına təhvil verilib.

Qeyd edək ki, Salmas tarixi əsər və abidələri ilə Güney Azərbaycanın ən zəngin bölgələrindən biri sayılır.

Bu üzdən bölgə daim yerli və xarici tarixi əsər qaçaqmalçılarının diqqət mərkəzində olub.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar