SON XƏBƏRLƏR

"Azərbaycanla mühüm razılıq var"-Ermənistan Baş nazirinin müavini

2023.06.21, 14:54
"Azərbaycanla mühüm razılıq var"-Ermənistan Baş nazirinin müavini

"Arazdəyən-Horadiz dəmiryolu xəttinin açılması ilə bağlı Azərbaycanla mühüm razılıq var"-Bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

Gunaz.tv

Onun sözlərinə görə, Arazdəyən-Mehri-Horadiz dəmiryolu xəttinin işə salınması ilə regional kommunikasiyaların açılmasına başlamaq üçün Azərbaycanla mühüm konsensus əldə olunub.

Qriqoryan qeyd edib ki, bu, artıq konkret razılaşmadır və tərəflərə işlərin hansı istiqamətdə görüləcəyi aydındır.

"Həmçinin, hamı anlayır ki, yolun keçəcəyi ölkələrin suverenliyi prinsipi çərçivəsində addım atılmalıdır",- o, əlavə edib. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar