SON XƏBƏRLƏR

"Ukraynadakı müharibə Avropanın geosiyasi mənzərəsini müəyyənləşdirəcək"-Baş nazir

2023.06.21, 16:42
"Ukraynadakı müharibə Avropanın geosiyasi mənzərəsini müəyyənləşdirəcək"-Baş nazir

Ukraynadakı müharibənin nəticəsi qarşıdan gələn onilliklər üçün Avropada geosiyasi mənzərəni müəyyənləşdirəcək.

Gunaz.tv

Bunu Ukraynanın Baş naziri Denis Şmiqal Londonda Ukraynanın bərpası ilə bağlı konfransda çıxışı zamanı bildirib.

"Artıq 16 aydır ki, müharibə davam edir və heç kim şübhə etmir ki, Rusiya Ukraynada öz hədəflərinə nail ola bilməyib. 

Bu, Ukrayna xalqının, ordusunun, rəhbərliyinin cəsarəti, qətiyyəti və Ukraynanın dostlarının dəstəyi ilə mümkün olub.
Biz inanırıq ki, bu müharibdə qalib gələcəyik, biz sülhü qazanacağıq.

Ukraynanın və regionun uzumüddətli çiçəklənməsi, sülh və stabilliyi təmin edilməlidir".

Baş nazir bildirib ki, onun ölkəsinin bərpası prosesində ilk aspekt vurulan zərərin qiymətləndirilməsi ilə bağlıdır ki, bunun üçün də Dünya Bankı, Avropa Komissiyası və BMT ilə birgə mexanizm yardılıb.

Ukrayna hökumət başçısı deyib ki, bu ilin fevralına qədər hesablamalar görə Ukrayanda yenidənqurma üçün ehtiyac duyulan vəsait 411 milyard dollara çatıb. (apa)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar