SON XƏBƏRLƏR

Qarabağda daha bir milli sərvətimiz talanır

2021.10.20, 07:36
Qarabağda daha bir milli sərvətimiz talanır

Gunaz.tv

GünAz TV: Ermənilər Ağdərədəki mis yatağının işlədilməsinə start verirlər.

Azərbaycanın işğal altında olan ərazilərindəki təbii sərvətləri vəhşicəsinə talayan ermənilər daha bir yatağın yağmalanması üçün prosesə start veriblər. Dağlıq Qarabağdakı terrorçuların təşəbbüsü ilə Ağdərədəki mis yataqlarının işlənilməsinə başlanılır. Bu barədə  “Tia.az” məlumat yayıb.

 Məlumatda deyilir ki, qondarma «DQR»in «rəsmi»ləri bununla bağlı dünən yığışaraq, müzakirələr aparıblar. Qərar isə belə olub ki, həmin mis yatağının işlənilməsini rəhbəri Valeriy Mejlumyan olan «Beyz Metals» şirkəti həyata keçirsin. Drmbona yaxın olan ərazidə həyata keçiriləcək hasilat işləri isə bir neçə gündən sonra başlamalıdır.

 İlkin hesablamalara görə, qeyd olunan ərazilərdə neft yataqlarındakı metalın (felez) həcmi milyonlarla ton həcmindədir. Hasilatla məşğul olacaq şirkətin hədəfi isə ayda 10 min ton misi çıxararaq, onu satmaqdır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar