SON XƏBƏRLƏR

Bayramınız Mübarək

2021.10.20, 07:36
Bayramınız Mübarək

Gunaz.tv

GünAz TV: Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycan da bu gün Novruz bayramını (yaz Bayramı) qeyd edir.

Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqlarının nümayəndələri baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

2009-cu il sentyabrın (September) 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral (February) 2010-cu ildə isə BMT (Birləşmiş Millətlər Təşkilatı) martın 21-ni “Beynəlxalq Novruz Günü” elan olunub.

Azərbaycanda da bu bayram böyük təntənə ilə qeyd olunur. Bu münasibətlə bütün ölkə ərazisində bayram tədbirləri keçirilir.

Qeyd edək ki, bahar fəsli Azərbaycana bu il martın 20-də saat 09.14 dəqiqədə daxil olur. Odur ki, martın 20-si Azərbaycanda bayram axşamı, martın 21-i isə bayram günü hesab olunur.

Martın 20-də Günəş səmanın Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.

Bayramınız mübarək!

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar