SON XƏBƏRLƏR

SEPAH-a bağlı şirkət "Hizbullah" üçün PUA istehsal edir-İDDİA

2023.06.29, 13:40
SEPAH-a bağlı şirkət "Hizbullah" üçün PUA istehsal edir-İDDİA

SEPAH-a bağlı “Tik” MMC “Hizbullah” və Rusiya üçün raket və PUA istehsal edir. Bu barədə "Dodaqları Tikilmişlər" anlamında olan “Ləb Duxtəqan” haker qrupunun ifşa etdiyi sənədlərdə qeyd olunur.

Gunaz.tv

Qeyd edək ki,  “Ləb Duxtəqan” İranda söz azadlığının pozulmasına etiraz olaraq bəzi siyasilərin öz dodaqlarını tikmələrinə işarədir.

İfşa olunmuş sənəddə həmin cəmiyyətin yüksək vəzifəlilərinin adları açıqlanıb. 

Rəsul Seyrəti icraçı direktor, onun müavini Həmidrza Danişi Köhən, Kianuş Mürüvvətipur texniki işlər müdiri, Məhəmmədəli Köhəni hissələrin quraşdırılması şöbəsinin müdiri və Hişmət Parsayi Fərd PUA və raketlərdən istifadə üçün “Hizbullah”ın təlimlər üzrə məsuludur.    

Xatırladaq ki, bir müddət öncə İsrailin "Alma" adlı müəssisəsi də SEPAH-a bağlı PUA və ehtiyat hissələri istehsal edən iki cəmiyyətin adlarını ifşa etmişdi.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar