SON XƏBƏRLƏR

Amerika Dövlət Departamenti: “İran regional inkişafı ləngitməməlidir”

2021.10.20, 07:36
Amerika Dövlət Departamenti: “İran regional inkişafı ləngitməməlidir”

Gunaz.tv

GünAz TV: İran regional (bölgəsəl) inkişafın qeyri-stabilləşdirilməsinə (sebatsızlığına) və ləngiməsinə səbəb olmamalı və ölkə regionda sülh və sabitliyin möhkəmlənməsinə çalışmalıdır.

Bu barədə ABŞ Dövlət Departamentinin (Amerika Birləşmiş Ştatlarının Xarici İşlər Nazirliyi) İran üzrə rəsmi nümayəndəsi Alan Eyr Trend-in sualını cavablandırarkən bəyan edib.

Eyr Trend-in Fars xəbərlər xidmətinin rəhbəri Dalğa Xatınoğlu, habelə "Radio Farda" və "Amerikanın Səsi"nin nümayəndələrinin dəvət edildiyi onlayn sessiyada iştirak edib.

Dövlət Departamentinin nümayəndəsi bu bəyanatı, İrana qarşı sanksiyalara baxmayaraq, Ermənistan bu ölkə ilə əməkdaşlığı genişləndirir, Azərbaycanın işğal edilmiş və nəzarətsiz ərazilərindən narkotik (müxəddir maddələri) və İranın nüvə proqramı çərçivəsində avadanlıqların (təchizat) tədarükü üçün istifadə etməsi ilə bağlı sualı cavablandırarkən verib.

Eyrin sözlərinə görə, İran hakimiyyəti regionda və dünyada təhlükəsizliyin bərpa edilməsində müsbət rol oynamalıdır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar