SON XƏBƏRLƏR

Rusiyada İranla ortaq PUA istehsalı üçün gizli zavod yaradılıb

2023.07.06, 16:20
Rusiyada İranla ortaq PUA istehsalı üçün gizli zavod yaradılıb

Britaniyanın "Fayneyşl Tayms" qəzeti Rusiya Federasiyasında İranla ortaq PUA istehsalı edən gizli zavod təsis edildiyini yazıb.

Gunaz.tv

Qəzet iyulun 6-da xəbər verib ki, zavod Tatarıstan Respublikasındadır.

Nəşrin iddiasına görə, zavoda farsdilli mühəndislər və mütəxəssislər cəlb olunub.

Rusiya bu zavodda Ukrayna müharibəsində istifadə etmək üçün hərbi PUA hazırlamaq istəyir.

"Albatros" adlanan  həmin zavodda Rusiya və İranla əməkdaşlıq edir. 

Qəzet yazıb ki, həmiş şirkət Rusiyanın Müdaifə Nazirliyi üçün kəşfiyyat PUA-ları istehsal edib və onlardan 50 ədədi Ukraynanın şərqində döyüşlər üçün təhvil verilib. 

Bir neçə aydır ki, Rusiyanın bu təsisatında fəaliyyət artıb.

Hətta müəssisədə “texniki sənədlərin” tərcüməsi üşün işə qəbul elanları dərc edilib.

Qeyd olunub ki, "Albatros" bir rus şirkətidir və bundan əvvəl kənd təsərrüfatı texnologiyaları sahəsində fəaliyyət göstərib.

Lakin indi həmin hərbi PUA-ların istehsalına başlayıb.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar