SON XƏBƏRLƏR

Amerika Hörmüz boğazında xüsusi hazırlıqlara başlayıb

2021.10.20, 07:36
Amerika Hörmüz boğazında xüsusi hazırlıqlara başlayıb

Gunaz.tv

GünAz TV: Qərblə İran arasında yaşanan gərginlik hər gün artır.

Artıq vəziyyət o həddə çatıb ki, İranın körfəzdə keçirdiyi hərbi təlimlər ABŞ-ı (Amerika Birləşmiş Ştatları)  narahat etməyə başlayıb.

Həmin təlimlərdən sonra təcili tədbirlər görməyə başlayan Pentaqon Hörmüz körfəzi bölgəsindəki hərbi gücünü artırmağa başlayıb.

Qərb mətbuatının yaydığı məlumata görə, Pentaqonun bölgəyə gətirəcəyi əsas texnikalar minaları zərərsizləşdirən katerlər (qayıq), hədəfləri sıradan çıxaran raketlər və əlavə bir hərbi gəmidən ibarət olacaq. Bundan başqa, bölgədəki hərbi helikopterlərin də sayının artırılması qərara alınıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar