SON XƏBƏRLƏR

Ukraynada "Bayraktar"ların istehsalı üçün zavodun tikintisinə başlanılıb

2023.07.10, 15:15
Ukraynada "Bayraktar"ların istehsalı üçün zavodun tikintisinə başlanılıb

Ukraynada Türkiyənin "Bayraktar" pilotsuz uçan aparatlarının istehsalı üçün zavodun tikintisinə başlanılıb

Gunaz.tv

UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye naziri Oleksandr Kamyşin bildirib.

"Bir neçə ildir Ukraynada müzakirə olunan "Bayraktar" zavodundan danışırıqsa, artıq bu zavodda tikinti işlərinə başlanılıb. Zavod təkcə memorandum üzərində deyil, praktiki olaraq tikilməyə başlanıb", ukraynalı nazir bildirib.

Kamışin əlavə edib ki, bu zavodda başqa şeylər də istehsal oluna bilər ancaq onlar haqqında hələ danışmaq mümkün deyil.

"Söhbət Ukrayna ərazisində istehsaldan gedir. Bu, bir neçə il əvvəl razılaşdırılan həmin iri "Bayraktar" zavodudur.

Sonra bununla bağlı ləngimələr oldu. Bu gün bu zavod tikilməyə başlayır, biz real addımlar atmışıq", - nazir əlavə edib. (apa)

Ayxan
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar