SON XƏBƏRLƏR

İrana qarşı PUA sanksiyası çətinləşir

2023.07.14, 12:05
İrana qarşı PUA sanksiyası çətinləşir

Britaniyanın Münaqişələrdə Silahlar üzrə Tədqiqat Müəssisəsi İran tərəfindən bəzi hissələrin oxşarı istehsal olunduğuna görə bu ölkəyə qarşı PUA sanksiyalarının çətinləşdiyini deyib.

Gunaz.tv

Ukrayna müharibəsində istifadə olunan İran PUA-ları üzrə tədqiqat aparan müəssisənin iddiasına əsasən həmin dronlarda istifadə olunan hissələrin oxşarı  artıq İran tərəfindən istehsal olunur.

Müəssisə bildirib ki, hissələrin oxşarını İranın “Sərməd Elektronik Sepahan” Şirkəti hazırlayır və 2 elektronika hissəsinin oxşarını istehsal edə bilib.

Müəssisənin müdirlərindən biri Splitzer bu barədə “Vall Street Jurnal” qəzetinə deyib: “Xarici hissələrin təmininə qarşı sanksiyalar İranı bu hissələrin mümkün qədər ölkə daxilində istehsal olunması fikrinə gətirib çıxarıb".

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar