SON XƏBƏRLƏR

İranda 10 ərzində azı 40 min insan intihar edib

2023.07.14, 14:01
İranda 10 ərzində azı 40 min insan intihar edib

Sosial ədalət indekslərinə əsasən İranda intiharlar qətllərin ikiqatı qədərdir. Ötən 10 ərzində azından 40 min nəfər intihar edib.

Gunaz.tv

Qeyd edək ki, sosial ədalət dedikdə cəmiyyətdə resursların ədalətli bölgüsü nəzərdə tutulur.

Hesabata əsasən 2016-cı ildən 2020-ci ilədək hər il orta hesabla İranda 4 min 183 nəfər intihar səbəbindən ölüb.

Mütəxəssilərin fikrincə, intiharların çoxu sosial problemlərin doğurduğu ümidsizliklə bağlıdır və özünəqəsdin iki əsas amili depressiya və iztirabdır. 

Statistikaya əsasən 2022-ci ildə 283 gün ərzində 23 fəhlə yoxsulluq, zəhmət haqqı tələbi və yubadılması səbəbindən intihar edib. 

Psixoloqlar hesab edir ki, İranda ədaləsizliyin, yoxsulluğun, rüşvətin, cəmiyyətə müxtəlif təzyiqlərin və ümidsizliyin artması insanların psixikasına müxtəlif fəsadlar, təhlükəli meyllər yaradır.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar