SON XƏBƏRLƏR

Türkiyədə İranlı pilotu oğurlama cəhdində müttəhimlərə həbs verilib

2023.07.15, 16:20
Türkiyədə İranlı pilotu oğurlama cəhdində müttəhimlərə həbs verilib

Türkiyəyə sığınmış İranın Hava Qüvvələrinin keçmiş pilotunu oğrulama cəhdində ittiham olunan 3 müttəhim həbsə məhkum olunublar.

Gunaz.tv

Həmin 3 müttəhimdən biri iranlı olaraq  İranın Hava Qüvvələrinin keçmiş pilotu Mehrdad Abdarbaşını oğurlamağa cəhddə ittiham olunaraq 6 il 8 ay azadlıqdan məhrum olunma cəzası alıb.

Qeyd edək ki, Mehrdad Abdarbaşı 30.10.2018-ci il tarixində Türkiyəyə gedərək sığınacaq almışdır

Onu oğurlamağa müttəhimlər əslində 11 nəfər olub və Van şəhərinin Ali Cinayət Məhkəməsi onlardan 3-nü, o cümldən 1 iranlını casusluq və məxfi informasiyaları əldə etməyə cəhd ittihamı ilə həbsə məhkum edib.

“S.S” adı ilə təqdim olunan İran vətəndaşı 2 müttəhimlə birgə İran ordusunun keçmiş mayoru Abdarbaşını oğurlamağa cəhd və onun barəsində İran rəsmilərinə məxfi informasiya veriməkdə ittiham olunublar. 

Türkiyənin Van Əyaləti prokuroru həmin 11 müttəhimə 30 il həbs cəzası tələb edib. Onlar 24.09.2021-ci il tarixində Abdarbaşını oğrulamağa cəhd edərkən Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı tərəfindən saxlanılıblar. 

Müttəhimlər İranın təhlükəsizlik rəsmiləri ilə razılaşaraq pilotun Vanda yaşadığı ünvanı müəyyənləşdirib və həmin rəsmilərə hessabat veriblərmiş. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar