SON XƏBƏRLƏR

Rusiyada daşqınlar zamanı zərərçəkənlərin sayı 183 nəfərə çatıb

2023.07.17, 10:40
Rusiyada daşqınlar zamanı zərərçəkənlərin sayı 183 nəfərə çatıb

Rusiyanın Saratov vilayətinin Solyanka kəndində artıq 183 nəfərin zərər çəkdiyi daşqın səbəbindən fövqəladə vəziyyət elan edilib.

Gunaz.tv

Bu barədə yerli "Saratov 24" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, zərərçəkənlərin 18-i müvəqqəti məskunlaşma mərkəzlərinə yerləşdirilib, qalanları qohumlarının evinə sığınıb.

“Güclü yağışdan sonra kənddə 100 evi su basıb, onlardan 50-ni tamamilə su basıb (evlərə su daxil olub)”, - xəbərdə qeyd olunur.

Bundan əvvəl Saratov vilayətində Ozinsk rayonunda baş verən daşqın səbəbindən 9-u uşaq olmaqla 45 nəfər təxliyə edilib.

Bir neçə yaşayış məntəqəsi zərər çəkib. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar