SON XƏBƏRLƏR

İranda internetin keyfiyyəti aşağı, sürəti zəifdir-Hesabat

2023.07.17, 16:33
İranda internetin keyfiyyəti aşağı, sürəti zəifdir-Hesabat

İranda internetin sürəti olduqca aşağı, keyfyyəti zəifdir. Bu barədə Tehran şəhəri Elektron Ticarət Asossiyasiyası internetin ölçülməsi üzrə beynəlxalq qurumların məlumatına əsasən hesabat yayıb.

Gunaz.tv

İnternetin 3 keyfiyyəti yəni sürət, məhdudlaşdırma və kəsilməsi barədə 68 səhifədən ibarət hesabata əsasən İran kəsilmə üzrə Mianmadan, məhdudlaşdırma üzrə Çindən sonra ikinci yerdə qərarlaşır, sürət baxımdan isə dünyanının beşinci ən sürətsiz ölkəsidir. 

Bunlara rəğmən İranın dövlət rəsmiləri bu ölkədə internetin vəziyyətini yaxşı və çox sürətli qiymətləndidirlər.

Hesabata əsasən internetə senzura tətbiq edən orqanlar filterinq qırıcı proqramlardan istifadə edənləri qara, müəyyən icazə verilmiş istifadə edənləri ağ siyahıya yerləşdirir və “əslində bütün internet istifadəcilərini təşkil edən” sair istifadəçilərə problemlər törədərək “qəsdən kəsilmələr” tətbiq edir.

Həmin orqanlar müvafiq cihazlardan istifadə edərək qəsədən kəsilmələr tətbiq etməklə boz siyahıda yerləşən istifadəçilərin göndərdikləri informasiyanın 50 faizinə problem törədirlər.

Başqa sözlə ağ siyahıda yerləşməyən internet istifadəçilərinə  nəzarət orqanları tərəfindən avtomatik kəsilmələr tətbiq edilir. 

Hesabata əsasən dünyanın 100 ölkəsindən 45 fazinin internet səhifələri İranda bağlıdır.

Bu ölkədə internet sürəti saniyədə 4 meqabit olmaqla 100 ölkə sırasında 97-ci yeri tutur və İranın  internet sürəti ancaq Sudan, Kameron və Kubadan yaxşıdır. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar