SON XƏBƏRLƏR

İsrailin Baş naziri Netanyahuya kardiostimulyator taxılacaq

2023.07.23, 12:07
İsrailin Baş naziri Netanyahuya kardiostimulyator taxılacaq

İsrail həkimləri Baş nazir Benyamin Netanyahu üçün ürək stimulyatoru quraşdıracaqlar.

Gunaz.tv

Bu barədə İsrailin baş naziri Binyamin Netanyahu özünün "Telegram" kanalında bildirib.

İsrailin baş naziri xatırladıb ki, bir həftə əvvəl ona ürəyin işinə nəzarət edən cihaz quraşdırılıb.

Netanyahunun sözlərinə görə, cihaz artıq bu gecə kardiostimulyatorun quraşdırılmasının zəruriliyini göstərir.

"Özümü əla hiss edirəm, amma həkimlərimi dinləməliyəm", - İsrailin baş naziri deyib.

Reuters-in məlumatına görə, Netanyahunun ofisi iyulun 23-nə keçən gecə hökumət başçısına "Tel Hashomer" xəstəxanasının Şeba mərkəzində kardiostimulyator implantasiya ediləcəyini təsdiqləyib. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar