SON XƏBƏRLƏR

SEPAH “Şahid-149” PUA-sının yeni versiyasını təqdim edib

2023.07.24, 14:50
SEPAH “Şahid-149” PUA-sının yeni versiyasını təqdim edib

SEPAH “Şahid-149” PUA-sının yeni versiyasını təqdim edib. “Qəzzə” adı qoyulmuş “Şahid-149” PUA-sının yeni versiyası İsfahan Əyaləti Kaşan şəhərinə yaxın hərbi hava bazasında təqdim olunub.

Gunaz.tv

İddiaya görə bu PUA-lar yeni eniş sistemi, hərbi avadanlıqlar və silahları daşıma qabiliyyətinə görə öncəki versiyadan fərqlənir.

Həmçinin “Qəzzə” PUA-sının uçuşda qalma müddəti 35  saat olaraq 7000 kilometr qət edə bildiyi iddia olunur. 

“Şahid-149” PUA-sının ilk versiya 21.05.2021-ci il tarixində “Qəzzə Zolağı” adı ilə təqdim olunub.

Qeyd edək ki, İran Rusiyaya PUA satışı vasitəsi ilə bu ölkənin Ukraynanın mülki infrastrukturuna həmlələrində köməklik edir.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar