SON XƏBƏRLƏR

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı

2023.07.27, 14:21
Rusiyada Mi-8 helikopteri qəzaya uğradı

Altay Respublikasında Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub. Bu barədə TASS-ın fövqəladə hallar xidmətindəki mənbəsi bildirib.

Gunaz.tv

Agentliyin mənbəsinin sözlərinə görə, helikopterin qəzaya uğraması nəticəsində daha 7 nəfər xəsarət alıb. 

Onların vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib. “112” Telegram kanalının məlumatına görə, helikopter Altayda eniş edərkən yanıb. 

Hadisə rayonun Tunqur kəndində baş verib.

Qəzaya səbəb kimi Mi-8-in eniş zamanı elektrik naqilləri ilə toqquşması olub. (azvision)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar