SON XƏBƏRLƏR

Ukraynaya ilk “Abrams” tankları sentyabrda gələcək

2023.07.28, 09:20
Ukraynaya ilk “Abrams” tankları sentyabrda gələcək

ABŞ ilk "Abrams" tanklarının Ukraynaya sentyabrda gəlməsini gözləyir. Bu barədə “Politico” xəbər verir.

Gunaz.tv

ABŞ-ın tank tədarük planı ilə tanış olan bir neçə mənbənin sözlərinə görə, “Abram” tankları Ukraynaya iki ay sonra gələcək. Avqustda Almaniyaya bir neçə “Abrams” tankının göndərilməsi planlaşdırılır ki, orada onlar son təmir və modernləşdirmədən keçəcəklər.

Proses başa çatdıqdan sonra “Abrams”ın ilk partiyası Ukraynaya göndəriləcək.

Nəşrin yazdığına görə, Bayden administrasiyası əks-hücum əməliyyatına kömək etmək və uzunmüddətli perspektivdə ölkənin müdafiəsini gücləndirmək üçün vəd edilmiş silahların daha çoxunu Ukraynaya ən qısa zamanda çatdırmaq niyyətindədir.

İlk partiyanın altı-səkkiz tankdan ibarət olacağı bildirilir. ABŞ ümumilikdə 31 tank göndərməyi planlaşdırır.

"Biz mütləq onların (tankların - red.) Ukraynaya mümkün qədər tez çatdırılması üçün çalışırıq", - Pentaqonun sözçüsü polkovnik Martin O'Donnell bildirib. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar