SON XƏBƏRLƏR

Meşəli sakinləri Vaqif Xaçaturyanın cəzalanmasını tələb etdilər

2023.08.01, 17:29
Meşəli sakinləri Vaqif Xaçaturyanın cəzalanmasını tələb etdilər

Meşəli sakinləri beynəlxalq ictimaiyyətə açıq məktubla müraciət ediblər.

Gunaz.tv

 Müraciətdə deyilir ki,  biz- 1991-ci ilin dekabrında Xocalının Meşəli kəndində Ermənistan silahlı qüvvələrinin  soyqırımına məruz qalmış kəndin sakinləri müharibə cinayətkarı, bu günlərdə Laçın yolunda ələ keçirilmiş Vaqif Xaçaturyanı yaxşı tanıyırıq. Onun əlləri dinc insanların - körpələrin, qadınların, qocaların qanına batıb.

"32 ildir ki, bizə qarşı Meşəlidə törədilmiş soyqırımla heç bir beynəlxalq təşkilat maraqlanmayıb, heç bir insan hüquqları təşkilatı buna görə Ermənistana etiraz səsini ucaltmayıb, bizimlə sanki heç nə olmamış kimi davranıblar. Bu boyda faciəni görməyiblər, eşitməyiblər, biz yaxşı bilirik ki, məhz görmək istəməyiblər, eşitmək istəməyiblər.

Amma müharibə cinayətkarı Vaqif Xaçaturyan ələ keçən kimi bu təşkilatlar peyda olub, bir-birinin ardınca onun azad edilməsinə çağırışlar edirlər. Biz – Meşəli sakinləri bundan böyük hiddət keçiririk, bunu özümüzə qarşı təhqir, həqarət kimi qəbul edirik. Bu cür çağırışlar yolverilməzdir!

Meşəlidə bizə vurulan yaralar hələ də sağalmayıb, biz illərdir ki, bu müharibə cinayətlərindən əziyyət çəkirik, doğma yurd yerlərimizdən didərgin düşmüşük.

 Meşəli sakininin tələbidir ki, Vaqif Xaçaturyan və onun kimi digər müharibə cinayətkarları bizim qarşımızda – Azərbaycan məhkəmələrində cavab verməlidir".

Müraciətdə o da qeyd olunub ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri cinayətkarların sığınacaq yeri olmamalıdır, bu maşınlarda gəzmək onlara heç bir imtiyaz, toxunulmazlıq vermir. "Beynəlxalq humanitar hüquq da buna qarşıdır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin xəstə adı altında bu cür insanları daşıması, onların əlində alətə çevrilməsi qəbuledilməzdir.  Beynəlxalq ictimaiyyətdən tələb edirik ki, Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa, onları təhvil verməyə məcbur etsin!" 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar