SON XƏBƏRLƏR

Qərbi Azərbaycan İcması Antonio Quterreşə məktub ünvanlayıb

2023.08.03, 11:59
Qərbi Azərbaycan İcması  Antonio Quterreşə məktub ünvanlayıb

Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərərək, Ermənistana BMT-nin xüsusi missiyasını göndərməyə çağırıb.

Gunaz.tv

Qərbi Azərbaycan İcması məktubda  Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasını təmin etmək barədə İcmanın dialoq təklifindən Ermənistanın yayınması, qayıdış hüququnu inkar etməsi və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyasına mane olan təxribatlar törətməsi barədə məlumat verib. İcma, eyni zamanda,  BMT-nin Baş katibi Antonio Quterreşi Ermənistanın öz öhdəliyini yerinə yetirməsi üçün bu ölkəyə təsir etməyə, qayıdış prosesinə yardım etmək üçün Ermənistana BMT-nin xüsusi missiyasını göndərməyə çağırıb.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar