SON XƏBƏRLƏR

Ombudsman Vaqif Xaçaturyana baş çəkib

2023.08.03, 12:36
Ombudsman Vaqif Xaçaturyana baş çəkib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq olunmadan başçəkmələr keçiriliblər.

Gunaz.tv

Ombudsman Aparatından verilən məlumata görə, növbəti başçəkmə çərçivəsində  29 iyul   2023-cü il tarixində Azərbaycanın  Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçaturyan fərdi qaydada qəbul edilib, müraciəti dinlənilib. 

 Vaqif Xaçaturyan ilkin tutulma anından ona göstərilən humanist münasibətdən, keyfiyyətli tibbi xidmətdən razılığını bildirib və səhhətində müsbət dəyişikliklər olduğunu deyib.  O, bütün bunlara, eyni zamanda,  onunla rəftara, saxlanma şəraitinə, ailəsi ilə əlaqə imkanı yaradıldığına görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.

Başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti – şəxsi gigiyena və sanitariya, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb, həmin şəxsə münasibətdə də heç bir fərq qoyulmadan milli qanunvericiliyə və beynəlxalq sənədlərə uyğun olaraq hüquqlarının, lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu müəyyən edilib. Başçəkmə çərçivəsində Vaqif Xaçaturyan barəsində qəbul edilmiş  məlumatlar, video və fotoşəkillər müvafiq beynəlxalq qurumlara da göndərilib.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar