SON XƏBƏRLƏR

Traktor Futbol Komandasının formasına kilim naxışı həkk olunub

2023.08.03, 15:50
Traktor Futbol Komandasının formasına kilim naxışı həkk olunub

Güney Azərbaycanın Traktor Futbol Komandasının ikinci formasına kilim naxışı həkk olunub. Bu barədə Traktor Futbol Klubunun rəsmi internet səhifəsində bildirilib.

Gunaz.tv

Səhifədə yer alan  açıqlamaya əsasən,  Asiyanın Futbol Konfederasiyası (AFC) tərəfindən tələb olunmuş sosail məsuliyyətlərin yerinə yerilməsi məqsədi ilə komandanın 2-ci formasına yasəmən rəngi seçilib. Yasəmən rəngi isə xərçəng xəstələrinə dəstək simvoludur. 

Həmçinin,  Traktor Futbol Komandasının Asiya Çempionlar Liqasında iştirak edəcəyini nəzərə alaraq, Azərbaycanın zəngin tarixi və  mədəniyyətini nümayiş etdirmək üçün Muğan çölü və Qaradağda (Ərəsbaran) toxunulan kilimin naxışları  bir zolaq kimi komandanın ikinci foromasına həkk olunub. 

Həmin formanın təqdimatı komandanın 3 oyunçusunun iştirakı  ilə Təbriz şəhərinin Tərbiyət piyada yolunda yerləşən “Həriri” tarixi evində keçirilib. . 

Qeyd edək ki, “Həriri” evi Qacarlar sülaləsi çağında tikilən şəxsi mənzildir. 1998-ci ildə isə tarixi tikili olaraq respublikanın Milli Abidələr Siyahısına salınıb. 

Taymaz

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar