SON XƏBƏRLƏR

Ankara Tehranı yola gətirməyə çalışır

2021.10.20, 07:36
Ankara Tehranı yola gətirməyə çalışır

Gunaz.tv

GünAz TV: Türkiyənin baş naziri İrana səfəri zamanı nüvə probleminin həllində konkret (müşəxxəs) addımlar atılmasını tələb edəcək.

İranın nüvə proqramı ətrafında yaranmış gərginlik davam edir. Tehran rejimi nüvə silahı əldə etmək niyyətindən geri addım atmaq fikrində deyil. Bu isə Qərbin İrana qarşı hərbi müdaxilə variantının (seçənək) gündəmdə qalmasına səbəb olur. Bölgənin aparıcı dövləti sayılan Türkiyə isə problemin dinc yolla həllinə çalışır. Baş nazir Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcəyini və yüksək səviyyəli rəsmilərlə görüşəcəyini bildirib. Hökumət başçısı deyib ki, səfərinin əsas məqsədi nüvə proqramıyla bağlı yaranmış gərginliyin aradan qaldırılması istiqamətində konkret nəticələr əldə etməkdir.

İranın xarici işlər naziri Əli Əkbər Salehi isə İsrailin İranla müharibədə yalnız 1 həftə duruş gətirə biləcəyini söyləyib. Onun sözlərinə görə, İsrail hücum edəcəyi təqdirdə, İran bütün gücü ilə cavab verəcək: “İsrailin İranın nüvə obyektlərinə (Təsisat) hücumu bu ölkənin bir həftə içərisində məhv olması ilə nəticələnər. Çünki İsrail həqiqi döyüşdə bir həftə davam gətirə bilməyəcək qədər kiçikdir. Ona görə də israillilər belə bir səhvin onların özlərinin sonu olacağını çox yaxşı bilirlər”.

Tehran rejiminə qarşı hərbi müdaxiləni gündəmə gətirən İsrail Qərb ölkələrindən dəstək gözləsə də, hələ ki, buna nail ola bilmir. İsrailin yaxın müttəfiqi ABŞ (Amerika Birləşmiş Ştatları) bir müddət əvvəl bildirmişdi ki, indiki məqamda İrana hərbi müdaxilə doğru deyil. Böyük Britaniya da İsrailin İrana hərbi müdaxiləsini dəstəkləmədiklərini açıqlayıb. Baş nazir Devid Kameron deyib ki, Böyük Britaniya İsraillə dostdur. Lakin hazırkı vəziyyətdə İsrail İrana hücum etməkdən çəkinməlidir. Azadlıq qəzeti

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar