SON XƏBƏRLƏR

İranın Buşehr şəhəri əlillər evində dəhşət

2023.08.07, 15:15
İranın Buşehr şəhəri əlillər evində dəhşət

Buşehr şəhəri Su Zanbaqları anlamında olan “Nilufəran Abi” Əlillər Evində şiddətlə yanaşı, əlillərə yemək üçün iylənmiş qidalar verilir.

Gunaz.tv

Özü də əlil olan Behruz Mürüvvəti əlilləri himayə kompaniyası təşkil edərək,  mərkəzdə saxlanılan əlillərə qarşı davranışları ifşa edib.  

"Mərkəzin bəzi müdirləri və işçiləri səhiyyə təşkilatının məsul şəxslərinin birinci dərəcəli qohumlarıdır və mərkəzin fəaliyyət lisenziyasının sahibləridir. Ona görə də təşkilat bu mərkəzə dəqiq nəzarət edə bilmir, qohumluq münasibətlərini nəzərə alır. 

“Nilufəran Abi” Mərkəzinin lisenziya sahibi respublikanın Səhiyyə Təşkilatında nüfuzlu şəxslərdən biridir. Əlillərə şiddət filmlərinin ifşa olunması ilə güya onlar işdən qovulub. Lakin bu doğru deyil və ictimaiyyəti yayındırmaq üçün deyilir. 

Paylaşılmış şəkillərə əsasən mərkəzin bir neçə qadın və kişi əməkdaşı əlillərlə kobud davranır, şiddət göstərir və onları döyürlər.  Heydəri Əlirza adında bir əlil Buşehr şəhəri "Nilufrəan Abi" əlillər mərkəzinin işçiləri tərəfindən kəskin döyüldüyünə görə bədənində sınıq və ciddi xəsarət alıb. Bu davranışlar mərkəzin direktorunun gözü qarşısında olur. 

Ailələr hədələnir ki, pozuntular barədə danışsalar,  əlilləri mərkəzdən qovacaqlar.  Əlillərin geyimlərini  xeyriyyəçilər  təmin etsə də və Səhiyyə Təşkilatı bununla bağlı  vəsait ayırsa da,  geyimlər əlillərə verilmir"-  -deyə Mürüvvəti Şərq qəzeti ilə müsahibəsində açıqlayıb.

 Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar