SON XƏBƏRLƏR

Ermənilər də Novruza Bayramına hazırlaşır

2021.10.20, 07:36
Ermənilər də Novruza Bayramına hazırlaşır

Gunaz.tv

GünAz TV: Müsəlman və türk dünyasının bir çox  millətləri Novruz bayramını təntənə ilə qeyd edir. Bir neçə il öncə YUNESKO bu bayramı dünyanın mədəni irsi siyahısına salıb.

Teleqraf.az «Novosti Armeniya»-ya istinadən xəbər verir ki, Ermənistan da bu bayramı qarşılamağa hazırlaşır. Erməni mənbəsinin məlumatına əsasən, ötən ilki vəziyyəti nəzərə alaraq, cari il 20 minə yaxın İran vətəndaşının Novruz Bayramını Ermənistanda keçirəcəyi gözlənilir.

Ermənilərin hesablamasına görə, hər il 50-60 min iranlı turist Ermənistana səfər edir. Mənbə bildirib ki, hər il Novruzda 500 min-bir milyon iranlı turist  bir çox dövlətlərdə bayramı qeyd edir.

2011-ci ildə Gürcüstan İranla viza rejimini ləğv etməklə islam Cümhuriyyətinin vətəndaşlarının ölkəyə gəlişini asanlaşdırıb. Hətta bu yaxınlarda Təbriz-Tbilisi təyyarə reysi idə açılıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar